Tramp: “İran tam xaos içindədir. Gözləyirik görək nələr baş verəcək”

Tramp: “İran tam xaos içindədir. Gözləyirik görək nələr baş verəcək”

GünAzTV: ABŞ prezidenti Donald Tramp sentyabrın 5-də Vaşinqtona səfər edən Küveyt əmiri ilə danışıqlar apardıqdan sonra Ağ evdə jurnalistlərlə görüşərək İrandakı vəziyyətdən və islam respublikasının ağır durumundan danışıb.

 

Tramp bildirib ki, o, yaxın gələcəkdə İranla bağlı nə baş verəcəyi haqda hər hansı bir proqnoz verə bilməz: “İran, hazırda tam xaos içindədir. Onlar, (iranlılar) bir ölkə olaraq, yalnız öz nicatı haqda düşünür, nigaranlıq içindədirlər. Biz isə gözləyirik görək nələr baş verəcək.

 

Onların (İran rəhbərlərinin) bizimlə görüşüb-görüşməməsi məsələsinə gəlincə, hesab edirəm ki, bu onların özlərindən asılıdır. Şəxsən mən, istənilən vaxtda onlarla görüşüb danışıqlar aparmağa hazıram. Lakin buna baxmayaraq, İran rəhbərlərinin bu görüşə razı olub-olmaması mənim üçün o qədər də önəm daşımır”.

 

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani, bu ayın sonunda, dünya rəhbərlərinin iştirakı ilə  keçiriləcək BMT Baş Assamleyasının növbəti zirvə toplantısına qatılmaq üçün Nyu-Yorka səfər edəcək. Rəsmi Tehran, Nyu-York toplantısında İran və ABŞ prezidentlərinin bir-biri ilə görüşməsi ehtimalını qəti şəkildə rədd edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN