Tramp: “İran təhdidinin qarşısını almaq üçün bölgəyə əlavə qüvvələr göndərilməsinə ehtiyac yoxdur”

2019-05-24 12:16

GünazTV: ABŞ prezidenti Donald Tramp mayın 23-də jurnalistlərə açıqlamasında İranın regionun sabitliyinə qarşı təhdidindən və Vaşinqtonun bölgəyə göndərdiyi hərbi qüvvələrindən danışıb.

 

Öz açıqlamasında regionda İranın “çox pis” və “təhlükəli bir oyunçu” olduğunu vurğulayan Tramp deyib ki, o Amerikanı nüvə sazişindən çıxarmasından sonra İranın iqtisadi baxımdan durumu çox ağırlaşıb: “Hesab edirəm ki, İran təhdidinin qarşısını almaq üçün bölgəyə əlavə qüvvələr göndərilməsinə ehtiyac yoxdur. Lakin buna zərurət yaranarsa, bölgəyə istənilən qədər qüvvə göndərəcəyik” –deyə Tramp vurğulayıb.

 

Xatırladaq ki, bir neçə gün əvvəl “Associated Press” agentliyi Amerikanın  müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahana və  Pentaqonun digər rəsmilərinə istinadən, qurumun yaxın günlərdə Ağ Evə Yaxın Şərqə 10 min nəfərdən ibarət əlavə hərbi qüvvənin göndərilməsi ilə bağlı plan təqdim edəcəkləri haqda məlumat yaymışdı.

 

 

Qeyd edək ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi iki həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəz bölgəsinə göndərib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Pompeo Avropanın İrana qarşı silah embarqosununun uzadılmasını dəstəkləyəcəyindən əminlik ifadə edib

2020-08-13

gun az article

İranda daha 174 nəfər koronavirusdan ölüb, 2625 nəfər xəstəliyə yoluxub

2020-08-13

gun az article

İran beynəxalq sularda Liberiya bayrağı ilə üzən gəmi saxlayıb- VİDEO

2020-08-13

gun az article

İranın neft istehsalı azalmağa davam edir

2020-08-13

gun az article

Tehranda karantin qaydaları uzadılıb

2020-08-13

gun az article

Loristan əyalətində daha 4 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 446 nəfərə çatıb

2020-08-13

gun az article

GünazTV Aug.12.2020: Müxalifət namizədi prezident seçkilərində Belarusiyadan qaçdı

2020-08-12

gun az article

GünazTV Aug.12.2020:“Amerika peyvənd dozlarının istehsalı üçün 100 milyon dollarlıq razılaşma imzaladı”

2020-08-12

gun az article

Fars əyalətində daha 11 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 654 nəfərə çatıb

2020-08-12

gun az article

Ruhanidən iddia: "Bizim hərbi gücümüz regionun xeyrinədir"

2020-08-12

gun az article

İranda daha 188 nəfər koronavirusdan vəfat edib, 2510 yeni “Covid-19”a yoluxma halı qeydə alınıb

2020-08-12

gun az article

Ruhani: "Biz adi vəziyyətdə deyilik"

2020-08-12

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 820 nəfərə çatıb

2020-08-12

gun az article

İran parlamenti namizəd kimi təqdim edilmiş yeni Sənaye nazirinə etimad göstərməyib

2020-08-12

gun az article

İranın Qum, Təbriz və Sənəndəc şəhərlərində daha 7 nəfər edam edilib

2020-08-12

gun az article

İranda "casusluq"da ittiham edilən bir neçə nəfər saxlanılıb

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: “BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı silah embaqrosu layihəsini müzakirəyə çıxarır”

2020-08-11

gun az article

Nəsrin Sütudə: "Siyasi məhbusların azadlığı üçün aclıq aksiyası edirəm"

2020-08-11

gun az article

TŞ-da İrana qarşı silah embarqosunun uzadılması müzakirə ediləcək

2020-08-11

gun az article

İranda daha 184 nəfər koronavirusdan ölüb, 2345 nəfər xəstəliyə yoluxub

2020-08-11