Tramp: “İran və Rusiyanın Əsəd rejiminin yanında olması, ona dəstək verməsi insani baxımdan böyük bir rüsvayçılıqdır”

Tramp: “İran və Rusiyanın Əsəd rejiminin yanında olması, ona dəstək verməsi insani baxımdan böyük bir rüsvayçılıqdır”

GünAzTV: ABŞ prezidenti Donald Tramp, fevralın 23-də Vaşinqtona səfər edən Avstraliyanın baş naziri Malkom Turnbulla görüşərək Suriyada baş verən insani faciədən, eləcə də İran və Rusiyanın Bəşər Əsəd rejiminə dəstəyindən danışıb.

 

Avstraliyanın baş naziri ilə birlikdə jurnalistlər qarşısına çıxan Tramp, Rusiya və İranın Suriyada yürütdüyü siyasətini kəskin tənqid edərək, hər iki ölkəni, Əsəd rejiminin dinc əhaliyə qarşı zorakılığına dəstək verməkdə günahlandırıb: “Hesab edirik ki, İranla Rusiyanın Suriyada dinc əhaliyə qarşı atdığı addımlar, onların Əsəd rejiminin yanında olması və ona dəstək verməsi, insani baxımdan böyük bir rüsvayçılıqdan başqa bir şey deyil. Bu isə dayandırılmalıdır”.

 

Xatırladaq ki, son bir həftədə, Əsəd qırıcılarının Dəməşqin yaxınlığında yerləşən və müxalif üsyançıların nəzarətində olan Şərqi Qutəni ardıcıl bombardman etməsi nəticəsində 500-ə yaxın dinc insan həlak olub. Ölənlərin isə əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN