Tramp: “İrana qarşı hücuma da hazırıq”

Tramp: “İrana qarşı hücuma da hazırıq”

GünazTV: ABŞ prezidenti Donald Tramp oktyabrın 20-də Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlamasında Suriya məsələsindən və İranla mümkün müharibədən danışıb.

 

Hökumətinin Amerika qüvvələrini Suriyanın şimalından çıxarması ilə bağlı qərarını müdafiə edən Tramp deyib ki, o, ölkəsini regionda hər hansı bir yeni savaşdan uzaq saxlamağa çalışır: “Biz regionda baş verən savaşlardan uzaq qalmağa çalışırıq. Lakin buna baxmayaraq,  hansısa bir müharibəyə də girə bilərik. Bəli, biz hazır olmalıyıq.

 

Biz lazım olsa və zərurət yaranarsa İrana qarşı hücuma da hazırıq. Belə ki, əgər İran rejimi çaşıb hansısa bir səhv addım atsa, indiyə qədər görmədiyi ağır bir zərbəyə məruz qalacaq. Bir sözlə, biz məcburiyyət qarşısında qalsaq bölgədə yeni bir savaşa girməkdən çəkinməyəcəyik” –deyə, ABŞ prezidenti Donald Tramp əlavə edib.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN