Tramp İrana qarşı “milli fövqəladə vəziyyət” rejiminin vaxtını daha 1 il müddətinə uzadıb

Tramp İrana qarşı “milli fövqəladə vəziyyət” rejiminin vaxtını daha 1 il müddətinə uzadıb

GünazTV: ABŞ prezidenti Donald Tramp noyabrın 12-də İrana qarşı “milli fövqəladə vəziyyət” rejiminin vaxtını daha bir il müddətinə uzadıb. Bu barədə Ağ Evin rəsmi saytında bəyanat yayılıb.

 

Ağ Evin yaydığı bəyanata əsasən, Tramp imzaladığı fərmanla ABŞ Konqresinə müraciət edərək deyib ki, o Vaşinqtonla Tehran arasındakı münasibətlərin hələ də normal və adi vəziyyətə qayıtmadığını nəzərə alaraq, İrana qarşı tətiq edilmiş “milli fövqəladə vəziyyət” rejiminin vaxtını daha 1 il müddətinə uzadır: “Hesab edirəm ki, 12170 saylı fərmana əasasən İrana qarşı “milli fövqəladə vəziyyət” rejiminin tətbiqi davam etdirilməlidir” –deyə ABŞ prezidenti Donald Tramp Amerika Konqresinə müraciətində bəyan edib.

 

Xatırladaq ki, İrana qarşı “milli fövqəladə vəziyyət” rejimini ABŞ-ın keçmiş prezidenti Ceyms Karter 1979-cu il, noyabrın 14-də, Amerikanın Tehrandakı səfirliyinin işğal olunmasından və amerikalı diplomatların ekstremist “Hizbullah”çı tələbələr tərəfindən girov götürülməsindən 10 gün sonra tətbiq edib. Həmin tarixdən başlayaraq, ABŞ prezidentləri hər il  fövqəladə vəziyyət rejiminin  vaxtını uzadır və İrana qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN