Tramp İranın nüvə proqramı ilə bağlı sazişin nəzərdən keçirilməsinə göstəriş verib

Tramp İranın nüvə proqramı ilə bağlı sazişin nəzərdən keçirilməsinə göstəriş verib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasına İranın nüvə proqramı ilə bağlı beynəlxalq sazişi nəzərdən keçirməyə və bu ölkəyə qarşı qoyulan sanksiyaların ləğvinin ABŞ-ın milli təhlükəsizlik maraqlarına təsirini qiymətləndirməsinə dair göstəriş verib.

 

Dövlət katibi Reks Tillerson bu məsələ ilə bağlı məlumatı Nümayəndələr Palatasının spikeri Pol Rayana çərşənbə axşamı verib.

 

Tillerson spikerə İranın 2015-ci ildə Birləşmiş Ştatlar, Britaniya, Fransa, Çin, Rusiya və Almaniyanın iştirak etdiyi danışıqlardan sonra qəbul edilən "Birgə Hərtərəfli Fəaliyyət Planı" adlı öhdəliyə əməl etdiyini bildirib.

 

"Amma buna baxmayaraq, İran bir sıra platformalar və vasitələrlə terrorizmi dəstəkləyən başlıca dövlət olaraq qalır"-deyə Tillerson qeyd edib.

 

"Birgə Hərtərəfli Fəaliyyət Planı"nda əsas diqqət İranın nüvə proqramı və ölkənin nüvə silahları istehsalı üzərində işlədiyinə dair iddialara yönəldilib. İran hökuməti dəfələrlə bu iddiaları rədd dib.

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Amerika Birləşmiş Ştatları kimi də ayrı-ayrı ölkələr İranın nüvə silahı ambisiyalarına son qoyması məqsədilə Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq edib.

 

Birləşmiş Ştatların İrana qarşı kəskin iqtisadi sanksiyaların tətbiq edilməsinə yol açan beynəlxalq səylər İranın qlobal neft bazarlarına çıxışını məhdudlaşdırıb. Sanksiyalar İslam rejiminin nüvə silahı əldə etməsi səylərini əngəlləmək mahiyyəti daşıyır. (Amerikanın səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN