Tramp: “İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”

Tramp: “İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”

GünAzTV: ABŞ prezidenti Donald Tramp, aprelin 27-də Vaşinqtona səfər edən Almaniya kansleri Angela Merkellə görüşdən sonra jurnalistlərə açıqlamasında İranın nüvə fəaliyyətindən və ölkəsinin rəsmi Tehranın bölgədə yürütdüyü düşmənçilik siyasətindən danışıb.

 

Tramp bildirib ki, o, İranın gizli nüvə fəaliyyəti barədə Almaniya kansleri ilə danışıqlar aparıb: “Bir daha bildirirəm ki, İran heç vaxt nüvə silahına yiyələnməyəcək. Çünki biz buna imkan verməyəcəyik. Problemin aradan qaldırılması məqsədilə bizim İrana qarşı hərbi gücdən istifadə edib-etməyəcəyimizlə bağlı suala gəlincə, mən bu haqda danışmaq istəmirəm. Lakin qətiyyətlə bildirirəm ki, iranlılar nüvə silahına yiyələnməyəcəklər. Siz mənim bu sözümə inana bilərsiniz”.

 

Angela Merkel isə məsələyə münasibət bildirərək jurnalistlərə deyib ki, Qərblə İran arasında imzalanmış saziş, Tehranın nüvə fəaliyyətinin tempini ləngitməkdə müəyyən qədər rol oynayıb: “Hesab edirik ki, bu razılaşma, İranın nüvə fəaliyyətinin zəiflədilməsinə səbəb olan ilkin bir mərhələ idi. Lakin buna baxmayaraq, biz Almaniya olaraq düşünürük ki, bu saziş, İranın nüvə proqramını dayandırmaq üçün kifayət deyil”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN