Tramp: “İranın raket hücumları heç bir tələfata yol açmayıb”

Tramp: “İranın raket hücumları heç bir tələfata yol açmayıb”

GünazTV: ABŞ prezidenti Donald Tramp yanvarın 8-də Ağ Evdə jurnalistlər qarşısında çıxış edərək, İranın İraqda Amerikanın hərbi hava bazalarına qarşı raket hücumundan danışıb.

 

Vaşinqtonun İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini vurğulayan Tramp deyib ki, İranın raket hücumları hər hansı bir tələfata yol açmayıb: “Ötən gecə İran rejiminin hərbi bazalarımıza qarşı raket hücumlarında nə Amerika qüvvələrinin, nə də İraq hərbçilərinin tələfatına səbəb olmayıb. Hərbi bazalarımıza dəymiş ziyanlar da çox cüzidir. Belə görünür ki, İran bu kimi addımlarını azaltmaq niyyətindədir.

 

İranın bu kimi addımlarına göz yummaq dövrü artıq başa çatıb. İran terrorizmə dəstək verməklə və apardığı nüvə fəaliyyəti ilə dünyanı təhlükə ilə üz-üzə qoyub. Biz ötən həftə amerikalıların həyatına təhdid sayılan bir terrorçunu məhv etdik. “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani ən dəhşətli terror qruplarından birinə başçılıq edirdi. O, həm də “Hizbullah” terrorçularını və terror işi ilə məşğul olan digər bu kimi qüvvələri yetişdirərək təlimləndirirdi. Qasım Süleymaninin əlləri İran və Amerika vətəndaşlarının qanına bulaşmışdı. , dünyanın ən böyük və ən qəddar terrorçularından biri sayılırdı. O, regionda baş verən ən dəhşətli cinayətlərin məsuliyyətini daşıyan şəxslərdən biri idi.

 

Hesab edirik ki, İran nüvə ambisiyalarını dayandırmalı, terrorizmə rəvac verməklə bağlı fəaliyyətlərindən əl çəkməlidir. Düşünürəm ki, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiyanın nüvə sazişndən çıxaraq, hamının xeyrinə olan yeni bir razılaşmanın üzərində işləməsinin vaxtı çatıb. Bir daha bildirərəm ki, nə qədər ki, mən Amerika Bİrləşmiş Ştatlarının prezidentiyəm, İran nüvə silahına yiyələnməyəcək. Amerika sülhü bağrına basmağa hazırdır” –deyə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp əlavə edib.

 

“Sepah” terror təşkilatı yanvarın 8-i saat 02:00 radələrində Amerikanın İraqdakı iki hərbi bazasına onlarla raketlə hücum edib. Hücumda, Amerika hərbi qüvvələrinin yerləşdiyi “Eynül Əsəd” hərbi bazası və İraq Kürdüstanının Ərbil şəhərində yerləşən daha bir bazası hədəfə alınıb.

 

 

Hücumdan sonra, “Sepah” bəyanat yayaraq bildirib ki, “Sepah”ın “Qüds” briqadasının Bağdadda öldürülmüş komandanı Qasım Süleymaninin qisasını almaq üçün Amerikanın İraqdakı hərbi bazalarına onlarla raket atıb: “Bir daha Amerikaya xəbərdarlıq edirik ki, onun hər hansı bir təcavüzkar yeni addımına daha kəskin və dağıdıcı cavab verəcəyik. Biz, həmçinin öz hərbi bazalarını Amerikanın ixtiyarına qoyan region ölkələrinə xəbərdarlıq edir, bildiririk ki, düşmənin bizə qarşı hər hansı bir təcavüzkar addımına şərait yaradan istənilən ölkə, islam respublikasının hədəfinə çevriləcək” –deyə, bəyanatda bildirilir.

 

Qasım Süleymani

 

 Xatırladaq ki, anvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq məhv edilib. Hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN