Tramp İranla bağlı ərəb dövlətlərinə çağırış etdi

Tramp İranla bağlı ərəb dövlətlərinə çağırış etdi

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər liderlərinə çağırış edib.

 

Xarici mediada yayılan məlumata görə, D.Tramp liderləri İranın təhdidinə qarşı mübarizə üçün birliyə çağırıb.

 

Belə ki, Tramp bu çağırışı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Ben Salman əs-Səud, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şahzadəsi Məhəmməd Ben Zeyid ən-Naxayan və Qətər əmiri Tamam Ben Həmad əs-Sani ilə telefon danışığı zamanı səsləndirib.

 

D.Tramp həmsöhbətlərini Ər-Riyad sammitində üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıb, terrorçu qrupların maliyyələşdirilməsinə son qoyulmasının və ekstremist ideologiyaya qarşı mübarizənin vacibliyini vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN