Tramp: “İranlılar heç bir müharibənin qalibi olmayıblar”

Tramp: “İranlılar heç bir müharibənin qalibi olmayıblar”

GünazTV: ABŞ prezidenti Donald Tramp iyulun 29-da “Twitter” səhifəsində paylaşdığı kiçik bir statusda İranla savaşdan və müzakirədən yazıb.

 

Yazdığı statusda Tramp dolayısı yolla bildirib ki, əgər bölgədə qarşıdurma yaransa, İran İslam Respublikası heç bir savaşın qalibi olmayacaq: “Yalnız yadda saxlayın ki, İranlılar heç bir müharibənin qalibi olmayıblar. Lakin onlar heç bir müzakirədə də uduzmayıblar” –deyə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp əlavə edib.

 

Həmin gün Vaşinqtonun İqtisadi Klubunda jurnalistlərlə görüşən Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranın körfəzdə beynəlxalq naviqasiyaya qarşı təhdidindən və Hörmüz boğazından danışıb.

 

Amerikanın dövlət katibi Mayk Pompeo

 

Pompeo deyib ki, Amerika Hörmüz boğazını açıq saxlamaq, beynəlxalq gəmilərin sərbəst hərəkətini təmin etmək üçün üzərinə öhdəlik götürüb: “Bİz Hörmüz boğaznı açıq saxlayacaq, onun bağlanmasına imkan verməyəcəyik. Biz regionda naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün bir plan hazırlayacağıq. Düşünürəm ki, Hörmüz boğazının açıq saxlanmasında maraqlı olan dünyanın digər ölkələri də həmin planın icrasında iştirak edəcəklər.

 

Əminəm ki, dünya bu planın əhəmiyyətini dərk edəcək. Bizim bölgədə naviqasiya azadlığını və dəniz nəqliyyatını qorumaq üçün dünyanın digər ölkələrinin bu plana qoşulmasına ehtiyacımız var” –deyə Amerikanın dövlət katibi Mayk Pompeo vurğulayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN