Tramp İraqı hədələdi

Tramp İraqı hədələdi

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Bağdad tərəfindən "düşmənçilik siyasəti” yürüdüləcəyi təqdirdə İraqı sanksiyalarla hədələyib.

 

TASS agentliyinin yaydığı məlumata görə, o, İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən belə deyib.

 

"Əgər hər hansı düşmənçilik baş verərsə, onlar bizim qəbul edə bilməyəcəyimiz bir addım atarlarsa, biz İraqa qarşı sanksiya tətbiq edəcəyik, çox mühüm sanksiyalar”, - deyə Tramp belə bildirib.

 

Tramp, həmçinin əlavə edib ki, Bağdad Amerika aviabazasına görə Vaşinqtona ödəniş etmədiyi müddətəcən ABŞ qoşunları İraqı tərk etməyəcək. Xezerxeber.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN