Tramp Kim Çen Ina bu sahədə master-klass keçir – Bolton

Tramp Kim Çen Ina bu sahədə master-klass keçir – Bolton

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kimi Çeni Ina “açıq qapı diplomatiyası” sahəsində master-klass keçir.

 

Publika.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton “Fox News” telekanalına müsahibəsində bildirib.


“Mən düşünürəm ki, prezident Tramp Kimi Çen Ina qapıları necə açıq saxlamalı olduğuna dair master-klass keçir. Əgər Şimali Koreya ondan necə keçməli olduğunu anlamasa, onda hətta ən sərt tənqidçilər prezidenti ittiham edə bilməyəcəklər ki, o, bu qapıları geniş açmadı”, - Bolton deyib.


Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Kim Çen Inın özü Koreya Xalq Demokratik Respublikasının denuklearizasiyası üçün son müddəti müəyyən edəcək.

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN