Tramp Kim Çenlə görüşmək istəmir - Səbəb

Tramp Kim Çenlə görüşmək istəmir - Səbəb

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər Şimali Koreya lideri Kim Çen İn ilə görüşmək istəmir.

 

Bu barədə CNN telekanalı məlumat yayıb.

 

Ağ Evdən olan mənbənin məlumatına görə, Tramp və onun yaxınları KXDR ilə nüvəsizləşdirmə barədə danışıqlar aparmağa tələsmirlər, çünki bundan olan risk potensial səmərəni üstələyir. Bundan başqa, ABŞ tətbiq etdiyi sanksiyaları azaltmayınca, - bu da çətin ki yaxın vaxtlarda baş tutsun, - Pxenyan münasibətlərin normallaşdırılmasına razı olmayacaq.

 

Kim Çen İn və Donald Tramp 2019-cu il iyunun 30-da Pxanmuncomda görüşərkən nüvəsizləşdirmə mövzusu (bu mövzu fevral ayında Hanoyda keçirilmiş Sammitdə nəticəsiz başa çatmışdı) üzrə məsləhətləşmələri işçi səviyyəsində bərpa etmək barədə razılığa gəlmişdilər. Razılığa əsasən ABŞ və KXDR nümayəndələri ikitərəfli münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə etmək üçün oktyabrın 5-də Stokholmda görüşüblər. Lakin 2019-cu ilin sonunadək Vaşinqton və Pxenyan arasında dialoq qurmaq mümkün olmayıb./axar.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN