Tramp: “Konqresin icazəsi olmadan İrana qarşı hücum əmri verə bilərəm”

Tramp: “Konqresin icazəsi olmadan İrana qarşı hücum əmri verə bilərəm”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Konqresin icazəsi olmadan da İrana qarşı hücum əmri vermək səlahiyyətinin olduğunu deyib.

 

Jurnalistlərin suallarına cavablandıran Tramp hər zaman atdığı addımlarla bağlı Konqresə məlumat verdiyini və buna davam edəcəyini deyib. Lakin əlavə edib ki, əksər insanlar prezidentin Konqresin icazəsi olmadan hücum əmri verə bilməyəcəyini düşünür, amma bu tam yanlış fikirdir.

 

O, bir daha pilotsuz uçan aparatın vurulmasından sonra İrana hücumla bağlı göstəriş verdiyini, lakin son anda əməliyyatı dayandırdığını deyib. ABŞ prezidentinin sözlərinə görə, hərbi qarşıdurma məqsədəuyğun olmadığına görə sonda onu ləğv edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN