Tramp Natonun toplantısında İranda etiraz edən xalqa dəstək nümayiş etdirib

Tramp Natonun toplantısında İranda etiraz edən xalqa dəstək nümayiş etdirib

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Londonda keçirilən Natoya üzv ölkələrin sammiti çərçivəsində keçirdiyi görüşlərdə İranda benzinin bahalaşmasına etiraz etmiş xalqa dəstək nümayiş etdirib.

 

Tram qeyd edib ki, İranda etirazçılar azadlığa qovuşmaq istəyirlər və Birləşmiş Ştatlar onlara tam dəstək nümayiş etdirir.

 

“Bir müddət əvvəl məndən İranda etirazçılar barədə sual soruşdular. Biz onları tamamilə dəstəkləyirik və bu, keçmişdə də belə olub”, - deyə ABŞ prezidenti əlavə edib.

 

Tramp qeyd edib ki, nə ABŞ İranda etirazçılara maliyyə dəstəyi göstərməyib, nə də ki, kimsə rəsmi Vaşinqtondan bu dəstəyi istəməyib.

 

Amerika prezidenti sonda ölkəsinin yalnız İranda öz azadlığına qovuşmaq istəyən insanlara mənəvi dəstək göstərdiyi vurğulayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN