Tramp: “Nüvə sazişi ilə bağlı nə edəcəyimizi tezliklə görəcəksiniz”

Tramp: “Nüvə sazişi ilə bağlı nə edəcəyimizi tezliklə görəcəksiniz”

GünAzTV: ABŞ prezidenti Donald Tramp sentyabrın 18-də Nyu-Yorka səfər edən İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb danışıqlar apardıqdan sonra jurnalistlərə açıqlamasında ölkəsinin Qərblə İran arasında imzalanmış nüvə sazişi ilə bağlı mövqeyindən danışıb.

 

Jurnalistlərdən birinin ona verdiyi “Sizin İranla bağlanmış nüvə sazişini qorumaq fikriniz varmı” sualını cavablandıran Tramp bildirib ki, 5+1 qrupunun İranla imzaladığı bu razılaşma tarixin ən pis sazişdir və Amerika hökuməti məsələyə yenidən baxmaq niyyətindədir: “Nüvə sazişi ilə bağlı nə edəcəyimizi tezliklə görəcəksiniz”.

 

Tramp, Amerika hökumətinin həmin sazişlə bağlı hansı qərarı qəbul edəcəyini açıqlamasa da, təxmin edilir ki, o, İranın bu sazişə sadiq qalıb-qalmaması ilə bağlı oktyabr ayında ABŞ Konqresinə verəcəyi hesabatdan sonra Amerikanın bu sazişdə qalıb-qalmayacağı haqda qərar verəcək”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN