Tramp OPEC-i hədələdi - “Qiymətləri dərhal endirin”

Tramp OPEC-i hədələdi - “Qiymətləri dərhal endirin”

GünAz TV: Neftin qiymətinin artması Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampı əsəbiləşdirib.

 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Tvitter səhifəsindən Yaxın Şərq ölkələrini bununla bağlı hədələyib.

 

Tramp qiymət artımında OPEC təşkilatını günahlandırıb. “Qiymətləri endirin” deyən prezident sözlərinə belə davam edib:

“Yaxın Şərq ölkələrini biz qoruyuruq. Biz olmasaq, uzun müddət dinc yaşaya bilməzlər. Amma bununla belə neftin qiymətini artırırlar. Bunu unutmayacağıq. OPEC qiymətləri dərhal endirməlidir”. 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN