Tramp Qaşıqçı məsələsini Konqreslə müzakirə edəcək

Tramp Qaşıqçı məsələsini Konqreslə müzakirə edəcək

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp gələn həftə qətlə yetirilmiş jurnalist Camal Qaşıqçının işi üzrə bəyanat verəcək.

 

"Trend"in yaydığı məlumata görə, bu barədə D.Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanının jurnalistin ölümündə günahkar olması ilə əlaqədar sualı cavablandırarkən bildirib.

 

D.Tramp deyib: "Mən bu mövzuda gələn həftə çox ciddi fikir bildirəcəyəm".

 

Qeyd edək ki, C. Qaşıqçı sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Qaşıqçının konsulluqdan çıxdığını bildirsədə bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN