Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayacaq

Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayacaq

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilən prezidenti Donald Tramp Obama administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayacağını bəyan edib.


APA-nın xəbərinə görə, D.Tramp bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.


 Eyni zamanda D.Tramp qeyd edib ki, Rusiya terrorçuluqla mübarizə və digər sahələrdə özünü müsbət tərəfdən göstərdiyi təqdirdə sanksiyalara lüzum qalmayacaq.  


ABŞ-ın yeni seçilən prezidenti yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu vurğulayıb.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN