Tramp: “Səudiyyə Ərəbistanı neft təsisatlarına hücumların arxasında kimin durduğunu təsdiq etsə, hərbi addım atmağa hazırıq”

Tramp: “Səudiyyə Ərəbistanı neft təsisatlarına hücumların arxasında kimin durduğunu təsdiq etsə, hərbi addım atmağa hazırıq”

GünazTV: ABŞ prezidenti Donald Tramp sentyabrın 15-də “Tvitter” səhifəsində paylaşdığı bir statusda Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun neft təsisatlarına qarşı dron hücumlarına və Vaşinqtonun buna münasibətinə toxunub.

 

Tramp bildirib ki, rəsmi Vaşinqton Səudiyyə Ərəbistanının hücum amilləri barədə apardığı araşdırmanının nəticəsini gözləyir: “Səudiyyə Ərəbistanının neft təsisatlarına hücum edilib. Bizim bu işdə əli olanların kim olduğu barədə əlimizdə dəlil-sübutlarımız var. Əgər Səudiyyə Ərəbistanı neft təsisatlarına qarşı edilən dron hücumlarının arxasında kimin durduğunu təsdiq etsə, biz hərbi addım atmağa hazırıq. Biz hücum amillərinin kimliyinin Səudiyyə Krallığı tərəfindən təsdiq edilməsini gözləyirik” –deyə ABŞ prezidenti Donald Tramp əlavə edib.

 

Qeyd edək ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanı dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi yaraqlıları qruplaşmasının sözçüsü Yəhya Sareya al-Misarah  telekanalına açıqlamasında hücumun həmin qruplaşma tərəfindən həyata keçirildiyini bildirib. O bildirib ki, onlar Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həmin hücumda 10 drondan istifadə ediblər.

 

 

Rəsmi Ər-Riyad isə hələ ki, hücumla bağlı hər hansı bir açıqlama verməkdən imtina edərək, məsələni araşdırdığını bildirib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN