Tramp Şimali Koreya ilə bağlı müşavirə keçirib

Tramp Şimali Koreya ilə bağlı müşavirə keçirib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp martın 19-da Şimali Koreya ilə bağlı vəziyyət və Çin ilə münasibətləri müzakirə etmək üçün xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə işgüzar görüşlərdə iştirak edib.

 

"Report" xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

 

Müşavirə haqqında əlavə məlumat verilməyib.

 

Bir gün əvvəl Tramp jurnalistlərə açıqlamasında Pxenyanın Şimali Koreyanın raket və nüvə proqramlarının inkişafına yönəldilmiş son hərəkətlərini sərt tənqid edib.

 

"Mənim Şimali Koreya ilə bağlı görüşlərim oldu. O (KXDR lideri Kim Çen In) özünü çox, olduqca pis aparır", - deyə ABŞ prezidenti bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN