Tramp Şimali Koreya liderinə görüş təklif edib

Tramp Şimali Koreya liderinə görüş təklif edib

GünAz TV: ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnə bu həftəsonu Şimali Koreya və Cənubi Koreya arasındakı demilitarizasiya zonasında görüşməyi təklif edib.

 

Donald Tramp bu barədə “Twitter” səhifəsində yazıb.

 

Şimali Koreya xarici işlər nazirinin birinci müavini bildirib ki, onlar bu təklifi maraqla qarşılayıblar, ancaq bununla bağlı rəsmi müraciət göndərilməyib.

 

Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində iştirak edən ABŞ prezidenti bu gün axşam saatlarında Cənubi Koreyaya səfər edəcək.

 

Mənbə: Apa

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN