Tramp Şimali Koreyaya qarşı tonu sərtləşdirir

2017-08-11 14:16

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Şimali Koreya ilə bağlı mövqeyini sərtləşdirərək bəyan edib ki, əgər Pxenyan müharibəyə başlasa, “onların başına heç vaxt ağıllarına gətirmədiyi şeylər gələcək.”

 

Son xəbərdarlığında Tramp deyib ki, ola bilsin onun əvvəl işlətdiyi “atəş və qəzəb” barədə bəyanatı “kifayət qədər sərt olmayıb”.

 

Nyu Cersi ştatının Bedminster qəsəbəsində jurnalistlərin "daha sərt nə ola bilər" sualını cavablandıran Tramp deyib: “Siz görəcəksiz... Şimali Koreya özünü yığışdırmalıdır, yoxsa onlar indiyədək çox az millətin üzləşdiyi bəlaya düçar olacaqlar.”

 

Prezident Tramp Şimali Koreyanın ABŞ ərazisi olan Quam sularına dörd ballistik raket atmaq planlarını yekunlaşdırmaq ərəfəsində olduğunu bəyan etməsindən bir neçə saat sonra danışıb.

 

Qeyri-adi şəkildə detallı açıqlamada Şimali Koreya hərbçiləri bəyan ediblər ki, bir həftənin içərisində onlar rejim lideri Kim Conq Una Huasonq-12 raketlərini 3,300 kilometr cənubda yerləşən Quama Yaponiya üzərindən atmaq planını təqdim edəcəklər.

 

Şimali Koreya strateji raket qüvvələrinin komandanı General Kim Rak Gyom dövlət xəbər agentliyinə bildirib ki, plan Kimə verildikdən sonra, hərbi qüvvələr “onun əmrini gözləyəcəklər.”

 

“Gəlin görək o, Quamda nə edir,” Tramp cavab verib. “O, Quamda bir şey etsə, bu, indiyədək heç kimin görmədiyi bir hadisə olacaq – Şimali Koreyanın başına gələnlər.”

 

“Bu, hədə deyil, bu bəyanatdır,” deyə ABŞ prezidenti adaya mümkün hücuma reaksiyanı səciyyələndirib.

 

“O, bizim ölkəmizə böyük hörmətsizlik edib,” deyə Prezident Tramp Kim Conq Unun bəyanatlarını şərh edib. “O, çox pis sözlər deyib. Və mənə gəldikdə, belə şeylər keçməyəcək. Uzun müddət onun üçün belə keçib – o və onun ailəsi üçün. İndi keçməyəcək. Oyun qaydaları dəyişib.”

 

Prezident Tramp aydın edib ki, əgər Pxenyan müharibəyə başlasa, Şimali Koreya indiyədək "dünyanın görmədiyi atəş və qəzəblə üzləşəcək." ABŞ Müdafiə Naziri Cim Mattis deyib ki, Pxenyan rejimin və xalqın məhvi ilə riskə gedir. Lakin Dövlət Katibi Reks Tillerson amerikalılara “son bir neçə günün ritorikasından narahat olmamağı və rahat yata biləcəklərini” deyib. (Amerikanın səsi)

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Əlirza Zali: “Gələn həftə Tehranda xəstəliklə bağlı vəziyyət çox ağır olacaq”

2020-09-24

gun az article

İranın 3 Avropa ölkəsində olan səfirləri bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb: Həbslər və siyasi repressiyaya görə

2020-09-24

gun az article

Əlbürz əyalətində daha 12 nəfər koronavirusdan vəfat edib

2020-09-24

gun az article

Səudiyyə Kralı İrana qarşı daha kəskin tədbirlərin görülməsini istəyib

2020-09-24

gun az article

Tehran-Zəncan şosesində ağır qəza: Yerüstü keçid uçub, ölən və yaralananlar var

2020-09-24

gun az article

İranda dollar uçmaqda davam edir, 1 dollar 28 120 tümən

2020-09-24

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23

gun az article

Səudiyyə Ərəbistanı: "İranla hər cür razılaşma nüvə silahının yayılmaması ilə nəticələnməlidir"

2020-09-23

gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23

gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22