Tramp terrora qarşı mübarizədə Amerikanın Yaxın Şərqdəki müttəfiqlərini birliyə çağırıb

Tramp terrora qarşı mübarizədə Amerikanın Yaxın Şərqdəki müttəfiqlərini birliyə çağırıb

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nahayanla telefon danışığı zamanı Qətər ətrafındakı böhranı müzakirə edib.

 

“Prezident ABŞ-ın regiondakı tərəfdaşlarının birliyinin əhəmiyyətini vurğulayıb, terrora qarşı mübarizədə terror qruplaşmalarının maliyyələşdirilməsinin, ekstremizm ideologiyasının yayılmasının qarşısını almaqda səyləri əsirgəməməyə çağırıb”, - deyə məlumatda bildirilir. 

 

Qeyd edək ki, iyunun 5-də regionda diplomatik qalmaqal başlayıb. Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terrorçuluğu və terror qruplaşmalarını dəstəkləməkdə günahlandıraraq diplomatik münasibətləri dayandırıblar. APA

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN