Tramp və Kim Çen In arasında tarixi görüş baş tutub – VİDEO / GÖRÜNTÜ

Tramp və Kim Çen In arasında tarixi görüş baş tutub – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Sinqapurda Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub.

 

APA-nın yaydığı məlumata görə, danışıqlar Sentosa adasındakı “Kapella” hotelində keçirilib, görüş 48 dəqiqəyə yaxın davam edib.

 

D.Tramp və Kim Çen In bir-birilərinin əlini sıxıblar. ABŞ prezidenti qarşıdakı görüşün uğurlu olacağına əmin olduğunu bildirib. Kim Çen In isə qeyd edib ki, tarixi görüşün gerçəkləşməsi üçün hər iki ölkə bir çox çətinliklərin öhdəsindən gəlib.

 

Söhbət zamanı tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər.

 

Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək. Danışıqlara ABŞ-ın dövlət katibi Mayk Pompeo, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və Ağ Evin aparat rəhbəri Con Kelli qatılacaq. Şimali Koreyanı geniş tərkibli görüşdə XİN rəhbəri Li Yon Ho, nazirliyin Şimali Amerika departamentinin başçısı Tsoy Son Hi və digər rəsmi şəxslər təmsil edəcək.

 

Tramp və Kim Çen In arasında davam edən təkbətək görüşə sadəcə tərcüməçilər qatılıb.

 

ABŞ prezidenti Donald Tramp Şimali Korey lideri Kim Çen Inla yaxşı münasibətləti olduğunu deyib.

Tramp bunu Inla təkbətək görüşdən dərhal sonra deyib.

Tramp həmçinin qeyd edib ki, ölkə liderləri arasında görüş "çox yaxşı" keçib.

 

Video:

https://www.youtube.com/watch?time_continue=2&v=8sI2t0YsCvI

 

 

 

 

 

 

 

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN