Trampdan İrana ciddi təhdid: “Nə baş verəcəyini görəcəksiniz!”

Trampdan İrana ciddi təhdid: “Nə baş verəcəyini görəcəksiniz!”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp iyunun 17-də İranı son təxribatçı addımlarına görə təhdid edib.

 

O, Oman dənizində iki neft tankerinə qarşı həyata keçirilmiş provokativ hücumu çox da böyük əhəmiyyəti olmayan hadisə adlandırıb. Tramp eyni zamanda İranın bu addımlarına cavab verməyə tam hazır olduqlarını və bütün dünyanın nələrin baş verəcəyini görəcəyini deyib.

 

Qeyd etmək lazımdır ki, iyunun 13-də Oman dənizində 2 neft tankerinə hücum edilmişdi. Hadisədən bir neçə saat sonra ABŞ iranlı hərbçilərin tankerlərin birindən partlamamış minanı çıxardıqlarını əks etdirən video yayımlamışdı. Qərb dövlətləri hücuma görə İranın məsuliyyət daşıdığını bildirirlər.

 

Trampdan bir neçə saat öncə Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib ki, ABŞ-ın Mərkəzi Komandanlığının hərbçilərinin əsas vəzifəsi regionda rəsmi Vaşinqtonun maraqlarını qorumaq və İranın təxribatçı addımlarının qarşısını almaq olsa da, bu ölkənin hər bir təxribatçı addıma cavab verməyə hazırdırlar.

 

Pompeo Amerikanın İran siyasətinə də toxunaraq deyib: “İranlı rəsmilərə başa salmağa çalışırıq ki, biz sizin regionda etdiyiniz bədxah və xəbis əməllərinizin qarşısını almağa qərarlıyıq.”

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN