Trampın milli təhlükəsizlik naziri vəzifəsinə təyin etdiyi şəxs qadındır

Trampın milli təhlükəsizlik naziri vəzifəsinə təyin etdiyi şəxs qadındır

GünAz TV: Cümə axşamı Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp prezident aparatının rəhbərinin müavini Kirstcen Nielseni rəsmi olaraq milli təhlükəsizlik naziri təyin edib.

 

Daha öncə Nielsen Tramp admnistrasiyasının ilk milli təhlkükəsizlik naziri olduğu dövrdə, hazırda Trampın prezident aparatının rəhbəri olan Con Kellinin ofisinin rəhbəri idi. Tramp deyib ki, Nielsen milli təhlükəsizlik nazirliyinə rəhbərlik edən nazirliyin ilk keçmiş işçisi olacaq: “Mən sənin vəzifəni fədakarlıq, qətiyyət və əzmlə yerinə yetirəcəyini bilirəm”, – deyə Tramp bildirib. Nilsen Kellinin yaxın sirdaşı, eləcə də milli təhlküsizlik siyasəti üzrə ekspertdir. Karyerasının əvvəlində o, sabiq prezident oğul Corc Buşun xüsusi yardımçısı olaraq çalışıb.

 

Nominasiyanı qəbul edərkən Nilesen “Amerika xalqının gözlədiyi və layiq olduğu standartları yerinə yetirəcəyinə” ümid etdiyini deyib. İndi onun nominasiyası Senatda səs vermə yolu ilə təsdiq olunmalıdır. (Amerikanın Səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN