Trampın müşaviri: "Amerika Pxenyanın raket buraxılışına cavab verəcək"

Trampın müşaviri:

GünAz TV: "Amerika Birləşmiş Ştatları (ABŞ) Administrasiyası əvvəlcədən açıqlamaq istəmir, amma Şimali Koreyanın şənbə günü ballistik raket sınağına cavabı veriləcək." Bu barədə ABC telekanalına müsahibəsində ABŞ prezidentinin müşaviri Herbert Makmaster bildirib.

 

Qeyd edək ki, bazar günü səhər saatlarında Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahlarının Birləşmiş Komitəsi açıqlama yayaraq Şimali Koreyanın uğursuz raket sınağı keçirdiyini bildirib.

 

Məlumata görə, Pxenyan Hamqen-Namdo əyalətində naməlum raket sınağına cəhd göstərib. Raketin tipi hələ müəyyən edilməyib, lakin ekspertlər istisna etmirlər ki, bu, orta radiuslu ballistik raketdir.

 

Raket işə salındıqdan sonra Yaponiya hökuməti Baş nazirinin dəftərxanası yanında böhran qərargahı yaradıb, Cənubi Koreya hökuməti isə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. faktxəbər

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN