Trampın müşaviri Avropa ölkələrini nüvə razılaşmasından çıxmağa çağırıb

Trampın müşaviri Avropa ölkələrini nüvə razılaşmasından çıxmağa çağırıb

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın müşaviri Mayk Pens bu gün Varşava konfransında çıxışı zamanı Avropa ölkələrini dünyada sülhün və təhlükəsizliyin bərqərar olması üçün nüvə razılşmasından çıxmağa çağırıb.

 

O, İranı Yaxın Şərqdə sülh və təhlükəsizliyə ən böyük təhdid adlandıraraq, bildirib ki, “dünya İran xalqına və qlobal sülhə dəstək göstərmək şansını əldən verməməlidir”.

 

Mayk Pens Avropanın 3 ölkəsi- Fransa, Almaniya və Britaniya tərəfindən İran ilə ticarət əlaqələrini davam etdirmək üçün yaradılan “İnstex” adlı maliyyə kanalının yanlış qərar olduğunu, bunun “İranın lehinə, Avropanın isə əleyhinə olduğu"nu, eləcə də "Amerika Birləşmiş Ştatları ilə Avropa arasında əlaqələrə mənfi təsir edəcəyi"ni deyib.

 

Qeyd etmək lazımdır ki, Amerika və Polşanın ev sahibliyi ilə Varşavada fevralın 13 və 14-ü tarixlərində 2 günlük Yaxın Şərqdə sülh və təhlükəsizlik adlı konfrans keçirilib. Konfransın əsas müzakirə mövzularından biri də İranın regionda dağıdıcı siyasəti və terrorizmə göstərdiyi dəstək olub.

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN