Trampla Boris Conson telefon danışığında İran məsələsini müzakirə ediblər

Trampla Boris Conson telefon danışığında İran məsələsini müzakirə ediblər

GünazTV: ABŞ prezidenti Donald Tramp iyulun 26-da Böyük Britaniyanın yeni baş naziri Boris Consonla telefon əlaqəsi saxlayaraq, onunla İran mövzusu və körfəzdə neft tankerləri ilə bağlı baş verən çaxnaşmalar və digər məsələlər barədə fikir mübadiləsi aparıb.

 

Telefon danışığında Consonu Böyük Britaniyanın baş naziri vəzifəsinə seçilməsinə görə təbrik edən Tramp, körfəzdə neft tankerləri ilə bağlı baş verən çaxnaşmalara toxunaraq, İran təhdidinin qarşısını almaq üçün Vaşinqtonla London arasında birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyinə təkid edib. Rəsmi London isə bəyanat yayaraq, hər iki ölkə rəhbərlərinin körfəzdə baş verən son olayların, o cümlədən də İran təhdidinə məruz qalan neft tankerləri və digər regional mövzular haqda danışıqlar apardığını təsdiq edib.

 

Trampla Conson arasında baş tutan telefon danışığının detalları mediaya açıqlanmayıb.

 

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

İyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN