Trampla Kral Salman, İranın bölgənin sabitliyinə qarşı yönələn təhlükəsinin qarşısının alınmasının zərurətindən danışıblar

Trampla Kral Salman, İranın bölgənin sabitliyinə qarşı yönələn təhlükəsinin qarşısının alınmasının zərurətindən danışıblar

GünAzTV: ABŞ prezidenti Donald Tramp, aprlin 3-də Səudiyyə Ərəbistanının kralı Salman Bin Əbdüləzizlə telefon əlaqəsi saxlayaraq, İranın region ölkələrinə qarşı apardığı təxribat xarakterli fəaliyyətinin qarşısının alınması barədə danışıqlar aparıb.

 

Səudiyyə agentliklərinin yaydığı xəbərə əsasən, telefon danışığında hər iki ölkənin liderləri, İranın yaraqlı husilərə silah-sursat yardımını davam etdirməsi məsələsinə toxunaraq, Yəmən probleminin yalnız sülh və siyasi danışıqlar yolu ilə həllinə təkid ediblər. Məlumatda bildirilir ki, telefon danışığında, Yəməndəki yaraqlı husilərin İranın dəstəyi ilə ölkəsinə qarşı hərbi təcavüzünə  toxunan Kral Salman, İranın bölgənin sabitliyinə qarşı yönəlmiş təhlükəsinin qarşısının alınmasının vacibliyinə təkid edib.

 

Hər iki ölkə liderlərinin İran və onun regiona qarşı təhlükəsi ilə bağlı telefon söhbətinin detalları mediaya açıqlanmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN