Trampla Makron arasında İranla bağlı telefon danışığı baş tutub

Trampla Makron arasında İranla bağlı telefon danışığı baş tutub

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp iyulun 8-də İranın uranı zənginləşdirməsi ilə bağlı öz fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi yaradıb.

 

Ağ Evin yaydığı məlumata görə, tərəflər İranın nüvə silahı əldə edə bilməməsi üçün atılan addımlar və bu ölkənin Yaxın Şərq regionunda yürütdüyü təxribatçı siyasətə son vermək mövzuları ətrafında müzakirələr aparıblar.

 

Digər tərəfdən, bu gün Fransa prezidentinin müşaviri Emmanuel Bon Tehrana səfər edəcək. Onun İranla Qərb arasında yaranmış gərginlikləri aradan qaldırıb, müzakirələrə başlamaq istiqamətində ortaq nöqtələri tapmaq məqsədiylə bu səfəri reallaşdıracağı deyilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN