Trampla Netanyahu arasında İran mövzusunda telefon danışığı olub- Sanksiyalar şiddətlənir

Trampla Netanyahu arasında İran mövzusunda telefon danışığı olub- Sanksiyalar şiddətlənir

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında İran mövzusunda telefon danışığı baş tutub.

 

Tərəflər telefon danışığı zamanı İranın təhdidləri və bu ölkəyə qarşı qəbul edilmiş sanksiyaları müzakirə ediblər.

 

Ağ Evin yaydığı açıqlamada bildirilir ki, iki ölkənin rəhbəri milli təhlükəsizlik məsələləri, eləcə də İranın regionda həyata keçirdiyi təxribatçı addımlar barəsində danışıblar.

 

Benyamin Netanyahu da “Twitter”də yazdığı statusda telefon danışığının əsasən İran mövzusu ətrafında baş tutduğunu və Trampın rəsmi Tehrana qarşı sanksiyaları artırmağa olan əzmini yüksək dəyərləndirib.

 

Xatırladaq ki, iyulun 10-da Tramp “Twitter” səhifəsində İrana qarşı sanksiyaların daha da şiddətlənəcəyini bəyan etmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN