Tunis yenə qarışdı: 55 polis yaralandı, 237 nəfər həbs olundu

Tunis yenə qarışdı: 55 polis yaralandı, 237 nəfər həbs olundu

GünAz TV: Tunisdə əhali bahalılığa qarşı nümayişlərə davam edirlər.

 

"Ərəb baharı"nın başladığı ölkə olan Tunisdə yenidən start götürən aksiyaların artıq 3-cü günü geridə qalıb. 20-dən artıq bölgədə baş verən etiraz aksiyalarında nümayişçilər polis stansiyalarını, hökümət binalarını hədəf alırlar. Paytaxt Tunisda çox sayda həbslər həyata keçirilib. Polis və nümayişçilər arasında qarşıdurmalar yaşanır. 50 polisin yaralanması və 237 nəfərin həbs edilməsi barədə xəbərlər yayılıb.

 

Tabarbada keçirilən aksiyalarda 55 yaşlı bir nəfər dünyasını dəyişib. Polis evlərə basqınlar həyata keçirir. Ötən gün bir yəhudi məktəbinə molotov kokteyli atılmışdı.

 

Hökümət müxalifətdə yer alan Xalq cəbhəsini aksiyalara görə günahlandırır. Qaynarinfo

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN