Türk dilinə qoyulan qadağalara etiraz olaraq yürüşə çıxdı, lakin rus polisi tərəfindən tutuldu

Türk dilinə qoyulan qadağalara etiraz olaraq yürüşə çıxdı, lakin rus polisi tərəfindən tutuldu

GünAz TV: Türk dövləti Yakutisdanda (Saxa Respublikası) tətbiq edilən dil qadağası və yürüdülən assimilyasiya siyasətinə görə Rusiya pezidenti Vladimir Putinə etiraz edən Aleksandr Qabişev rus polisi tərəfindən tutulub.

 

Yakut türkcəsinə qarşı tətbiq edilən qadağa və assimilyasiyaya etiraz edən yakut türkü Aleksandr Sibirdən Moskvaya qədər 8 min kilometrlik yürüşə çıxıbmış. Lakin rus polisi onu Baykal gölü yaxınlığında həbs edib.

 

50 yaşlı yakut türkü yürüşə başladıqdan sonra 1700 kilometrlik məsafə qət etmişdi. Yerli aktivistlər əvvəlcədən bildirirdilər ki, Rusiya polisi böyük ehtimalla onun bu etirazına imkan verməyəcək.

 

Gündə 16 kilometr yürüyə bilən Aleksandr Qabişevi bir neçə yakut türkü də müşayiət edirdi. Hətta Sibirdə insanlar ona dəstək göstərmək üçün küçələrə axışmışdılar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN