Türk dünyası “Ya Qarabağ, ya ölüm” deyən Ozan Arifi itirdi - VİDEO

Türk dünyası “Ya Qarabağ, ya ölüm” deyən Ozan Arifi itirdi - VİDEO

GünAz TV: Türk dünyasının tanınmış sənətçilərindən olan Ozan Arif təxəllüsü ilə tanınan Arif Şirin 69 yaşında vəfat edib.

 

Türkiyə mətbuatının yaydığı məlumata görə, Ozan Arif müalicə aldığı Samsun On Doqquz Mayıs Universitetinin Tibb fakültəsində vəfat edib, o qırtlaq xərcəngi xəstəliyindən əziyyət çəkirdi.

 

Qeyd edək ki, Ozan Arif 1949-cu il iyulun 10-da Türkiyənin Giresun əyalətinin Alucra rayonunun Yüksələn kəndində anadan olub.

 

O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağın və ətraf rayonların işğalına biganə qalmamışdı. Ozan Arif məşhur “Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifidir.

https://www.youtube.com/watch?time_continue=5&v=pN_G6xfL3qc

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN