Türkdilli yakutlar Rusiyanın dil qanununa etiraz edirlər –Yakutiyada aksiya keçirilib

Türkdilli yakutlar Rusiyanın dil qanununa etiraz edirlər –Yakutiyada aksiya keçirilib

GünAz TV: Rusiyanın Yakutsk şəhərində fəallar Rusiya federal hökumətinin yakut dilinin orta məktəblərdə icbariliyinin ləğvi barədə qərarına qarşı etiraz edirlər.

 

İyunun 7-də 150 fəal Saxa rayonunda icazəsiz aksiyaya çıxıb. Nümayişçilər Təhsil Nazirliyinin etnik regionlarda yerli dillərin tədrisinin könüllü əsasa keçirilməsinə qarşı çıxış edirlər. Bu barədə qətnaməni imzalamış fəallar bildirirlər ki, Moskvanın qərarı Saxa-Yakutiya respublikasının öz ana dilini dövlət dili etməsi kimi konstitusiya (anayasa) hüququnu pozur.

 

Nümayişin təşkilatçısı Feliks Antonov Azadlıq Radiosuna deyib ki, aksiya yerli Dövlət Məclisinin sessiyasından bir gün əvvəl keçirilir. Bu sessiyada təhsil haqqında federal qanuna düzəliş edilməlidir.

 

1 milyonadək sayı olan türkdilli yakutlar həm də Yakutiya kimi tanınan Saxa respublikası əhalisinin yarısını təşkıl edirlər. Son aylarda Rusiyanın etnik rayonlarında dil məsələsi bir çox ziddiyyətlərə səbəb olub.

 

Prezident Putin 2017-ci ilin iyulunda bəyan etmişdi ki, ölkənin etnik regionlarında yerli dillərin qeyri-millətin nümayəndələrinə icbari öyrədilməsi yolverilməzdir. O federal prokurorlara bu sərəncamı pozanlara qarşı hüquqi tədbir görülməsinə göstəriş vermrşdi.

 

Bu bəyanatdan sonra Rusiyanın etnik regionlarında yerli dillərin icbari tədrisi dayandırılıb.

 

Ötən aprel ayında Tatarıstan Respublikasında valideynlər tatar dilinin icbari tədrisinin qaytarılmasını tələb edirdilər. Strateq.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN