Türkiyə alman millət vəkillərini "İncirlik" hərbi bazasına buraxmayıb

Türkiyə alman millət vəkillərini

GünAz TV: Türkiyə almaniyalı millət vəkillərini "İncirlik" hərbi bazasına buraxmayıb.

 

Bu barədə “haberturk.com” xəbər yayıb. Məlumata görə, Türkiyə hakimiyyət orqanları səfər üçün “müvafiq şərtlərin” olmadığını əsas gətirib.

 

Xatırladaq ki, bundan əvvəl Almaniya "İncirlik"dən havaya qalxan təyyarələri vasitəsilə Suriya və Şimali İraqda topladığı kəşfiyyat məlumatlarını Türkiyə ilə bölüşmək istəmədiyi üçün tərəflər arasında gərginlik yaranıb. 2016-cı il iyunun 2-də Almaniya parlamenti qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etdikdən sonra isə Türkiyə hökuməti almaniyalı millət vəkillərini "İncirlik"dəki alman əsgərlərini ziyarət etməsinə icazə verməyib. Hazırda hərbi bazada təxminən 250 almaniyalı hərbçi xidmət edir. APA

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN