Türkiyə "F-35"-lərin əvəzinə "Su-35" və "Su-57" ala bilər

Türkiyə

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının (ABŞ) “F-35” təyyarələrinin əvəzinə Rusiya istehsalı olan “Su-35” və “Su-57” döyüş təyyarələrinin alınacağını istisna etməyib.

 

APA “CNN Turk”ə istinadən xəbər verir ki, bu barədə türkiyəli prezident jurnalistlərin sualının cavabında deyib.

 

“Niyə də yox? Biz bura (MAKS-2019 aviasalonuna) əbəs yerə gəlməmişik”, - deyə Ərdoğan bildirib.

 

O, həmçinin qeyd edib ki, qərar ABŞ prezidenti Donald Trampla telefon danışığından və Türkiyənin “F-35” proqramında iştirakı ilə bağlı ABŞ-ın yekun mövqeyini dəqiqləşdirdikdən sonra veriləcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN