Türkiyə növbədənkənar seçkilərə gedir

Türkiyə növbədənkənar seçkilərə gedir

GünAz TV: Türkiyə Böyük Millət Məclisi (TBMM) prezident və parlament seçkilərinin iyunun 24-də keçirilməsi ilə bağlı təklifi qəbul etdi.

 

Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) təklifi 386 səslə qəbul edildi.

 

Təklif bir gün əvvəl Məclisin Konstitusiya Komissiyasında qəbul edilmişdi.

 

 Komissiyanın Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Mustafa Şentopun sədrliyi ilə keçirilən iclasında seçkilərlə bağlı təklifin müzakirələri təxminən 3 saat davam etmişdi.

 

Xalqların Demokratik Partiyasının üzvləri müzakirələri tərk etmiş, təklif Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyasının səs birliyi ilə qəbul edilmişdi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN