Türkiyə ordusu Əl-Baba girdi: şəhərdə küçə döyüşləri gedir

Türkiyə ordusu Əl-Baba girdi: şəhərdə küçə döyüşləri gedir

GünAz TV: Türkiyə əsgərləri və Suriya Azadlıq Ordusu Əl-Baba daxil olub.

 

Bu barədə Rusiyanın “Sputnik” agentliyi Suriya Azadlıq Ordusundakı mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, tanklarla şəhərə girən türk əsgərləri İŞİD-lə döyüşüb. Şəhərin bəzi bölgələri, o cümlədən xəstəxana binası terrorçuların əlindən alınıb. Hazırda əməliyyat davam etdirilir. Şəhərdə küçə döyüşlərinin getdiyinə dair məlumatlar var.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumatı təsdiqləyib.

 

“Suriya Azadlıq Ordusu bizim dəstəyimizlə Əl-Baba yaxınlaşıb. Qısa zamanda əməliyyat başa çatdırılacaq”, - deyə o bildirib.

 

Əl-Bab əməliyyatında yaralanan iki əsgər Kilisdə xəstəxanaya gətirilib. (publika.az)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN