Türkiyə ordusu İraqla sərhəddə təlimə başlayıb

Türkiyə ordusu İraqla sərhəddə təlimə başlayıb

GünAz TV: Bu gün səhər Türkiyə ordusu İraqla sərhəddə təlimə başlayıb.

 

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 100-dək tank və zirehli maşın, artilleriya (topxana) qurğuları və pilotsuz uçuş aparatlarının istifadə edildiyi təlim Silopi rayon mərkəzindən 15 km uzaqlıqda, İraqla sərhəddəki Habur sərhəd-keçid məntəqəsinin yaxınlığında keçirilir.

 

Hərbi təlimlə bağlı Silopi-Habur yolunun bir tərəfi nəqliyyatın hərəkəti üçün bağlanıb.

 

Hərbi təlimlə bərabər bölgədə antiterror əməliyyatları davam edir.

 

Qeyd edək ki, Türkiyə ordusunun İraqla sərhəddə hərbi təliminin İraq Kürdüstan Muxtariyyətinin sentyabrın 25-ə keçirəcəyi referendum ərəfəsinə təsadüf etməsi diqqət çəkir. Türkiyə sərt şəkildə İraq Kürdüstan Muxtariyyətinin referendum qərarına qarşı çıxır.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN