Türkiyə öz sərhədlərində terror dövlətinin yaradılmasına imkan verməyəcək

Türkiyə öz sərhədlərində terror dövlətinin yaradılmasına imkan verməyəcək

GünAz TV: İraq və Suriya ərazisindən Türkiyə ərazisinə təhlükə mənbələri aşkar olunarsa, yaxud birbaşa hücum olarsa Ankara beynəlxalq hüquq normaları çərçivəsində bütün zəruri tədbirlərin həyata keçirilməsini davam etdirəcək.

 

"Trend"in yaydığı məlumata əsasən bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

 

Bəyanatda qeyd olunur ki, Türkiyə öz sərhədlərində terror dövlətinin yaradılmasına imkan verməyəcək:

“Bir daha vurğulayırıq ki, YPG terrorçularının fəaliyyətini qanuniləşdirmək cəhdi İŞİD terrorçuları ilə mübarizə kimi əsaslandırıla bilməz”.

 

Bildirilir ki, terror təşkilatlarına qarşı ikili standartlar siyasətindən imtina etmədən, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi mümkün deyil.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN