Türkiyə parlamentinə daxil olmaq istəyən iki terrorçu həbs edilib

Türkiyə parlamentinə daxil olmaq istəyən iki terrorçu həbs edilib

GünAz Tv: Türkiyə Böyük Millət Məclisi (TBMM) əməkdaşını girov götürməyə cəhd edən iki terrorçu təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən həbs olunub.

 

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, “DHKP-C” terror təşkilatı ilə əlaqəli olduqları bildirilən terrorçulardan biri qadındır.

 

Onlar mayın 14-də günorta TBMM-in giriş qapısına gələrək millət vəkillərindən biri ilə görüşmək üçün vaxt aldıqlarını bildiriblər. Təhlükəsizlik yoxlaması zamanı onların üstündən partlayıcı düzəltmək üçün ləvazimat və kəsici alətlər aşkarlanıb. Terrorçuların parlamentdə çalışan bir əməkdaşı girov götürmək cəhdi baş tutmayıb.

Faktla bağlı terrorçuluğa cəhd ittihamı ilə cinayət işi başlanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN