Türkiyə Prezidenti Elazığa səfər edib

Türkiyə Prezidenti Elazığa səfər edib

GünAz TV: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib.


APA-nın xəbərinə görə, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.


Bildirilib ki, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq.


Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.


Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.


Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN