Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İrana rəsmi səfərə gedir

2017-10-04 11:09

GünAzTV: Oktyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmarının dəvəti ilə Tehrana rəsmi səfərə gedir. Səfərdə Ərdoğanı Türkiyənin bir sıra yüksək rütbəli rəsmiləri müşayiət edəcək.

 

Səfər zamanı Türkiyə prezidenti iranlı həmkarı Həsən Ruhani, İranın dini lideri Əli Xamneyi və digər İran rəsmiləri ilə görüşəcək. İki ölkə rəhbərlərinin görüşündə İran-Türkiyə arasındakı qarşılıqlı münasibətlərin gücləndirilməsi, birgə hərbi əməkdaşlıq, regiondakı son durum, eləcə də İraq Kürdistanında keçirilmiş referendum məsələsi müzakirə ediləcək. Səfərin detalları haqda hləlik hər hansı bir məlumat yayılmayıb.

 

Ərdoğanın Tehrana rəsmi səfəri ərəfəsində, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar iranlı həmkarı Məhəmmədhüseyn Baqirinin rəsmi dəvəti ilə oktyabrın 1-dən 2-nə keçən gecə İrana səfər edib. O, həmin müddətdə İranın bir sıra rəsmiləri ilə görüşərək müxtəlif mövzularda, o cümlədən də regionda baş verən son olaylar, eləcə də ötən həftə İraq Kürdistanında keçirilmiş müstəqillik referendumunu müzakirə edib.

 

 

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdistan Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib və səsverməyə qatılanların 92 faizindən çoxu müstəqilliyin lehinə səs verib. 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18

gun az article

Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18

gun az article

İranda daha 144 nəfər koronavirusdan ölüb, 3049 nəfər “Covid-19”a yoluxub

2020-09-18

gun az article

Əlbürz əyalətində daha 10 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 1057 nəfərə çatıb

2020-09-18

gun az article

Hərirçi: "Bütün ölkə qırmızı vəziyyətdədir"

2020-09-18

gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18

gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17

gun az article

Cənubi Xorasan əyalətində 4 bal gücündə zəlzələ baş verib

2020-09-17

gun az article

BMT-nin məruzəsi: postpandemiya dövründə ölkələrin bərpası sosial ədalət prinsiplərinə əsaslanmalıdır

2020-09-17

gun az article

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

2020-09-17

gun az article

İranda daha 176 nəfər koronavirusdan ölüb, 2815 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-09-17

gun az article

Rəzəvi Xorasan əyalətində iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb

2020-09-17

gun az article

İsrail mediası: "Nətənz partlayışı İrana xəbərdarlıq etmək üçün fiziki təxribat idi"

2020-09-17

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1047 nəfərə çatıb

2020-09-17