Türkiyə, Rusiya və İran Suriya böhranına dair Bəyanat imzalayıb

Türkiyə, Rusiya və İran Suriya böhranına dair Bəyanat imzalayıb

GünAz TV: Aprelin 4-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş keçirilib.

 

Görüşdən sonra Türkiyə, Rusiya və İran prezidentlərinin Suriyada sülhə nail olunması istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair Bəyanat imzaladıqları barədə məlumat yayıyılıb.

 

Bəyanatda vurğulanır ki, Türkiyə, Rusiya və İran İŞİD və digər terror qruplaşmalarının tam məhv edilməsi üçün əməkdaşlığı davam etdirmək niyyətindədir.

 

"Prezidentlər İŞİD, Cəbhət ən-Nusra və digər terror təşkilatları ilə əlaqəsi olan qruplaşmaların tam məhvinə nail olmaqda israrlıdırlar", - deyə Bəyanatda qeyd olunur. APA

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN