Türkiyə Rusiyadan “S-400” kompleksləri aldı - 2,5 milyarda

Türkiyə Rusiyadan “S-400” kompleksləri aldı - 2,5 milyarda

GünAz TV: Türkiyə Rusiyadan "S-400” zenit-raket komplekslərini aldı.


Bu barədə mətbuata "Rostex”in baş direktoru Sergey Çemezov məlumat verib.


Yerli mətbuata müsahibəsində S.Çemezov bildirib ki, Türkiyə Rusiyadan dəyəri 2,5 milyard dollar olan 4 divizion "S-400” zenit-raket kompleksi alıb: "İki ölkə arasında "S-400”-lərin əldə olunmasına dair danışıqlar yekunlaşıb. Sadəcə Moskvanın kredit ayırması istiqamətində yekun sənədlərin imzalanması qalıb. Müqaviləyə əsasən, ümumi məbləğin (2,5 milyard dollar) ilkin 45 faizi avans kimi, digər 55 faizi isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. "S-400” zenit-raket kompleksləri 2020-ci ilin mart ayı üçün tədarük ediləcək”.


Xatırladaq ki, rəsmi Moskva ilə Ankara arasında "S-400” zenit-raket komplekslərinin alınması haqqında rəsmi saziş cari ilin sentyabr ayında imzalanıb. publika.az



N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN