Türkiyə səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb

Türkiyə səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb

GünAz TV: Türkiyənin İsraildəki səfiri Kamal Ökem İsrail Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

“Sputnik”in yaydığı məlumata görə, buna səbəb Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin ünvanına səsləndirdiyi tənqidlər olub.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan məscidlərdə səsucaldanlar vasitəsilə azan səsləndirilməsini qadağan edən İsraildə qəbul edilmiş qanunu tənqid edərək bu qanunun qüvvəyə minməsinə icazə verməyəcəklərini bəyan edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN