Türkiyə Suriyada "Fərat Qalxanı" əməliyyatını sonlandırıb

Türkiyə Suriyada

GünAz TV: "Fərat qalxanı" əməliyyatı uğurla sona çatıb.

 

Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasından bildirilib.

 

Şuranın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında keçirilən iclasının yekun bəyanatında bildirilib ki, milli təhlükəsizliyin təmin edilməsi, İŞİD-dən gələn təhlükənin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə başladılan "Fərat qalxanı" əməliyyatı uğurla başa çatıb.

 

“Türkiyənin milli təhlükəsizliyini təmin etmək, İŞİD və kürd separatçılarından ibarət terror təşkilatlarının ölkə üçün mümkün olan təhdidlərinin qarşısını almaq və suriyalı qaçqınların öz torpaqlarına qayıtması üçün Suriyanın şimalında başladılan “Fərat qalxanı” adlı əməliyyat uğurla sona çatıb. Əməliyyat zamanı çox sayda terrorçu məhv edilib”, - deyə bildirilib.

 

Həmçinin bildirilib ki, keçirilən əməliyyat zamanı Türkiyə hərbçilərindən də şəhid olanlar olub.

 

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyat 25 avqust 2015-ci il tarixində başladılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN